Boksçularımız beynəlxalq turnirdə 10 medal qazandılar - FOTO

Boksçularımız beynəlxalq turnirdə 10 medal qazandılar - FOTO

Hazırda oxunan: Boksçularımız beynəlxalq turnirdə 10 medal qazandılar - FOTO

163001

Belarusun paytaxtı Minskdə yeniyetmə boksçular arasında Vladimir Botvinnikin xatirəsinə həsr olunan beynəlxalq turnir başa çatıb.

Azərbaycan Boks Federasiyasından Bizim.Media-ya verilən məlumata görə, milli komanda 7 ölkədən 142 idmançının mübarizə apardığı yarışı 10 medalla başa vurub.

Yığmanın heyətində Nurlan Abışov (57 kiloqram) turnirin qalibi olub. O, finalda yerli Qleb Bondakı məğlub edərək qızıl medala yiyələnib.

Digər boksçulardan Əli Məmmədov (46 kiloqram), Məhəmmədəli Məmmədli (50 kiloqram), Bağır Əmirxanlı (52 kiloqram), Sübhan Babayev (54 kiloqram), Turqay Rəhimli (60 kiloqram), Kənan Aslanlı (63 kiloqram), Rza Rzayev (70 kiloqram), Əli Məmişov (80 kiloqram) və Məhəmməd Cəfərov (+80 kiloqram) üçüncü yeri tutublar.


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO