Cenevrədə Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovla Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında danışıqlara başlanılıb.
Bizim.Media Ermənistan Xarici İşlər nazirliyinə istinadən xəbər verir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı baza prinsipləri müzakirə olunur.
Xatırladaq ki, Ermənistan naziri bir neçə saat öncə həmsədrlərlə görüşüb.
Qeyd edək ki, səfər çərçivəsində Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun da həmsədrlərlə görüşü planlaşdırılır.
Bizim.Media