Bu gün minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında 1/8 final oyununa çıxıb.
Bizim.Media xəbər verir ki, Elşad Quliyevin baş məşqçilik etdiyi komanda Portuqaliya seçməsi ilə üz-üzə gəlib və 3:0 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib.
Qeyd edək ki, son Avropa çempionu olan Azərbaycan yığması mundialın G qrupunda mübarizəni maksimum nəticə ilə başa vurub - 3 oyun, 9 xal. Milli qrupda həm Misirə, həm İraqa, həm də Küveytə qalib gəlib.
Azərbaycan - Portuqaliya 3:0
Qollar: Mirmehdi Rzayev 30, Elvin Əlizadə 45, Rəvan Kərimov 50
Bizim.Media

- A-
- A
- A+
İdman
19:50 / 01.11.2023
Millimiz Portuqaliyaya qalib gəlib, 1/4 finala yüksəldi
Hazırda oxunan: Millimiz Portuqaliyaya qalib gəlib, 1/4 finala yüksəldi
Hazırda oxunan: Millimiz Portuqaliyaya qalib gəlib, 1/4 finala yüksəldi
162485
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.