Bakıda bir nəfərin ölüm faktı ilə bağlı cinayət işi başlandı

Bakıda bir nəfərin ölüm faktı ilə bağlı cinayət işi başlandı

Hazırda oxunan: Bakıda bir nəfərin ölüm faktı ilə bağlı cinayət işi başlandı

162393

Oktyabrın 31-də 1959-cu il təvəllüdlü Marina Çabanovanın xəsarət alması, qızı, 1987-ci il təvəllüdlü Nərminə Vəliyevanın aldığı xəsarətlərdən ölməsi barədə Nəsimi rayon prokurorluğuna məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, araşdırma zamanı 1969-cu il təvəllüdlü Sayruz Səttərovun oktyabrın 30-da saat 23 radələrində paytaxtın Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsində yerləşən fərdi yaşayış evlərinin birində qonşuları Marina Çabanova və Nərminə Vəliyevaya xəsarətlər yetirməklə ehtiyatsızlıqdan sonuncunun ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda ana və qızı DÖYÜLDÜ - Biri ÖLDÜ 


Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-ci (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb, Sayruz Səttərov şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO