Dövlət Xidməti: Hərraca çıxarılan əmlaklara 35 sifariş qəbul edilib

Dövlət Xidməti: Hərraca çıxarılan əmlaklara 35 sifariş qəbul edilib

Hazırda oxunan: Dövlət Xidməti: Hərraca çıxarılan əmlaklara 35 sifariş qəbul edilib

162357

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda 8 nəqliyyat vasitəsi satılıb. 

Nazirlikdən Bizim.Media-ya bildirilib ki, oktyabrın 31-də keçirilən hərraca çıxarılan əmlaklara 35 sifariş qəbul edilib. Hərrac rəqabətli keçib.  

Hərracda “Hyundai Accent” markalı avtomobilin start qiyməti 4500 manat olsa da, son təklif 6545 manata yüksəlib. Start qiyməti 1600 manat olan “VAZ-21310” markalı nəqliyyat vasitəsi 2500 manata özəlləşdirilib. 
Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə //clck.ru/36Hr4B linki vasitəsilə tanış olmaq olar.

İştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyərək iştirakçı statusu əldə etmək olar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO