Ucarda 2 ağırtonnajlı avtomobil toqquşub, Türkiyə vətəndaşı yaralanıb - FOTO 

Ucarda 2 ağırtonnajlı avtomobil toqquşub, Türkiyə vətəndaşı yaralanıb - FOTO 

Hazırda oxunan: Ucarda 2 ağırtonnajlı avtomobil toqquşub, Türkiyə vətəndaşı yaralanıb - FOTO 

162342

Ucarda 2 ağırtonnajı yük avtomobili toqquşub. 

Bizim.Media xəbər verir ki, hadisə bu gün Bakı-Qazax magistral yolunun rayonun Küçəkənd kəndindən keçən hissəsində qeydə alınıb. 

Gəncə istiqamətində hərəkətdə olan 2 yük avtomobilinin toqquşması nəticəsində bir nəfər müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib.  

Zərərçəkən 1956-cı ildə anadan olmuş Türkiyə vətəndaşı Şahin İlyas Şevketdir. Ona qarnın küt travması, daxili qanaxma, sağ said sümüklərinin açıq sınığı və üçüncü dərəcəli hemorrogik şok diaqnozu qoyulub. 
Qəza nəticəsində magistral yolda hərəkət qismən məhdudlaşdırılıb. Faktla bağlı araşdırma aparılır. 




Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO