Gələn il “Avroviziya”da ölkəmizi bu ifaçılar təmsil etmək istəyir - ADLAR/FOTO

Gələn il “Avroviziya”da ölkəmizi bu ifaçılar təmsil etmək istəyir - ADLAR/FOTO

Hazırda oxunan: Gələn il “Avroviziya”da ölkəmizi bu ifaçılar təmsil etmək istəyir - ADLAR/FOTO

162072

“Avroviziya 2024” seçim turunun növbəti mərhələsi uğurla başa çatıb.  

Bizim.Media xəbər verir ki, seçilən 16 müğənni arasında tanış isimlər, o cümlədən, “Avroviziya-2018” təmsilçimiz “Aisel” (Aysel Məmmədova) da var.

Təmsilçilərimiz isə bunlardır: Aisel, Tofiq Hacıyev və Camal Qurbanov, “Emy Lia”, Rilaya, Mari, İlkin Dövlətov və Mila Miles və Etibar Əsədli, Səbinə Beyli, Lexa, Edqar Ravinov, Əmrah Musayev, Ələsgər, Rahib Mirzəyev və Tofiq Yadiqar, Səbinə Quluzadə, Qorqud, Fahree. 
Münsif qismində isə “Avroviziya-2009” Aysel Teymurzadə və ölkəmizə 2011-ci ildə sözügedən yarışmanın sevincini və qalibiyyətini yaşadan Nigar Camal yer alıb.  

Qeyd edək ki, 16 namizəddən biri təəssüf ki, seçim mərhələsinin bu turunda iştirak edə bilməyib.

Bu səbəbdən 15 namizəddən biri ölkəmizi gələn ilin mayında “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində təmsil edəcək.  












Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO