Azərbaycanlı hücumçu Almaniyada növbəti qolunu vurdu

Azərbaycanlı hücumçu Almaniyada növbəti qolunu vurdu

Hazırda oxunan: Azərbaycanlı hücumçu Almaniyada növbəti qolunu vurdu

161900

 Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Dinamo” (Berlin) Almaniyanın Şimal-Şərq Regional Liqasında növbəti oyununu keçirib.

Bizim.Media xəbər verir ki, paytaxt təmsilçisi çempionatın 12-ci turunda Berlinin digər təmsilçisi “Viktoriya” ilə qarşılaşıb. 

“Dinamo”nun meydanında baş tutan matçda qalib müəyyənləşməyib – 3:3. Meydana start heyətində çıxan Dadaşov sonadək oynayıb. Komandasının ilk qolunu da Rüfət vurub. O, 32-ci dəqiqədə fərqlənib. “Dinamo” hazırda 25 xalla zirvədə qərarlaşıb. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO