Millimiz FİFA reytinqində İRƏLİLƏDİ 

Millimiz FİFA reytinqində İRƏLİLƏDİ 

Hazırda oxunan: Millimiz FİFA reytinqində İRƏLİLƏDİ 

161645

Azərbaycan millisi FIFA reytinqində bir pillə irəliləyib.  

Bizim.Media ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu yığma 1155.91 xalla 120-ci sırada qərarlaşıb. 

Komanda son olaraq AÇ-2024-ün seçmə mərhələsində Estoniyaya səfərdə 2:0 hesabı ilə qalib gəlib, evdə Avstriyaya uduzub – 0:1. 
Millinin rəqiblərindən Belçika (1793,1) 5-ci, İsveç (1545,76) 23-cü, Avstriya (1535,41) 25-ci, Estoniya (1159,33) isə 118-ci yerdədir. 

Son dünya çempionu Argentina 1861,29 xalla liderdir. Fransa (1853,11) ikinci, Braziliya (1812.2) üçüncüdür. Türkiyə yığması isə 1498,5 xalla 38-ci mövqedə qərarlaşıb. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO