Ceyhun Bayramov Lavrovla “3+3” görüşünü MÜZAKİRƏ EDİB 

Ceyhun Bayramov Lavrovla “3+3” görüşünü MÜZAKİRƏ EDİB 

Hazırda oxunan: Ceyhun Bayramov Lavrovla “3+3” görüşünü MÜZAKİRƏ EDİB 

161360

24 oktyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub. 

Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Erməni nazir Azərbaycanla nəqliyyat əlaqələrinə yaşıl işıq yandırdı – Reallıq, yoxsa İKİLİ SİYASƏT?


Telefon danışığı zamanı nazirlər Azərbaycanla Rusiya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, Azərbaycan-Ermənistan sülh prosesinin perspektivləri, bölgədəki cari vəziyyət, “3+3” regional platformasının Tehranda keçirilmiş nazirlər iclasının nəticələri, Xəzəryanı ölkələrin Xarici İşlər Nazirləri Şurasının cari ilin dekabr ayında Moskvada keçirilməsi nəzərdə tutulan iclasının gündəliyində duran məsələlər barədə fikir mübadiləsi aparıblar. 

Telefon danışığı zamanı, Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar edilməsi istiqamətində real şansların olduğu, bölgədə yaranmış tarixi imkanın əldən verilməməsinin vacibliyi vurğulanıb. 
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO