Sumqayıtda intihar edən 18 yaşlı qız haqda bəzi DETALLAR üzə çıxdı - FOTO

Sumqayıtda intihar edən 18 yaşlı qız haqda bəzi DETALLAR üzə çıxdı - FOTO

Hazırda oxunan: Sumqayıtda intihar edən 18 yaşlı qız haqda bəzi DETALLAR üzə çıxdı - FOTO

16132

Bu gün səhər saatlarında Sumqayıtda intihar edən 18 yaşlı Könül Misirli haqda bəzi detallar məlum olub.

Bizim.Media “Operativ Məlumat Mərkəzi” Telegram kanalına istinadən xəbər verir ki, K. Misirli Sumqayıt şəhər 4 nömrəli tam orta məktəbdə təhsil alıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda daha bir intihar: 17 yaşlı qız 9-cu mərtəbədən özünü atdı


Buraxılış imtahanında ən yüksək bal toplayaraq məktəb üzrə birinci yerə çıxıb. Ali məktəbə qəbul imtahanında isə birinci ixtisas qrupu üzrə 618 bal yığıb.

İlkin məlumata görə, K.Misirli Bakıda universitetlərin birinə daxil olsa da, ailəsi onun paytaxta gedib-gəlməyinin çətin olacağını düşünərək qızın Sumqayıt Dövlət Universitetini seçməsini istəyib.

Könül Misirli Sumqayıt Dövlət Universitetinin Riyaziyyat fakültəsinin birinci kurs tələbəsi olub. Əlaçı olan Könül həm də qrup nümayəndəsi imiş. Təhsil Nazirliyinin “Gələcəyin müəllimi təqaüdü”nə layiq görülüb, bundan savayı, əlaçı olduğuna görə ona universitetin xüsusi təqaüdü də verilib. 

Qeyd edilir ki, intihar etmiş tələbə dünən axşam saat 10 radələrində qrup yoldaşları ilə əlavə onlayn dərsdə də iştirak edib.

K.Misirlinin martın 31-də 18 yaşı tamam olacaqdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO