Latviyanın yeni səfiri Prezidentin QƏBULUNDA - FOTO/VİDEO

Latviyanın yeni səfiri Prezidentin QƏBULUNDA - FOTO/VİDEO

Hazırda oxunan: Latviyanın yeni səfiri Prezidentin QƏBULUNDA - FOTO/VİDEO

161253

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də Latviya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Edqars Skuyanın etimadnaməsini qəbul edib. 

Bizim.Media xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. 

Sonra dövlət başçısı səfirlə söhbət edib. 

Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin zəngin tarixə malik olduğunu qeyd edərək, qarşılıqlı təmasların, xüsusilə dövlət başçılarının səfərlərinin əməkdaşlığımızın genişlənməsi işinə verdiyi töhfəni vurğulayıb. 

Dövlət başçısı iqtisadi əlaqələrə toxunaraq, ticarət, investisiya və digər sahələrdə daha geniş imkanların müəyyənləşdirilməsinin vacibliyini bildirib. 

Azərbaycan Prezidenti ölkələrimizin müstəqilliyini bərpa etdikdən sonrakı dövrdə bir-birini dəstəkləməsinin önəmini qeyd edib. Prezident İlham Əliyev, eyni zamanda, parlamentlərarası əməkdaşlığın da əlaqələrimizin möhkəmlənməsində roluna toxundu, xalqlar arasında təmasların əhəmiyyətini vurğulayıb. 
Dövlət başçısı ikitərəfli münasibətlərimizin gələcəkdə də uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib. 

Ölkəmizdə göstərilən yüksək qonaqpərvərliyi qeyd edən səfir Azərbaycanın gözəlliyinin və burada gedən inkişaf proseslərinin onda dərin təəssürat hissi yaratdığını deyib. 

Edqars Skuya dövlət başçısına Latviya Prezidentinin ölkəsinə rəsmi səfərlə bağlı dəvətini çatdırıb. 

Prezident İlham Əliyev dəvəti minnətdarlıqla qəbul edib. 

Görüşdə Azərbaycan ilə Latviyanın beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı qeyd edilib, Latviyanın ölkəmizdəki səfirliyinin NATO-nun Azərbaycanda əlaqələndirici funksiyasını yerinə yetirməsindən məmnunluq ifadə olunub, Azərbaycan ilə NATO arasında əməkdaşlığın inkişafına töhfə verdiyi vurğulanıb. Həmçinin Azərbaycanın həm NATO, həm də Avropa İttifaqı ilə əlaqələrinin inkişafında üzv dövlət olaraq Latviyanın verdiyi dəstək yüksək qiymətləndirilib. 
 









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO