Millimiz baş məşqçisi ilə yollarını ayırdı

Millimiz baş məşqçisi ilə yollarını ayırdı

Hazırda oxunan: Millimiz baş məşqçisi ilə yollarını ayırdı

161189

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Ataman Güneyligillə yollar ayrılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov jurnalistlərə açıqlamasında məlumat verib.  

O, artıq yeni baş məşqçi axtarışına çıxdıqlarını söyləyib:

“Yeni baş məşqçinin axtarışı ilə bağlı işlərə başlayırıq. Gənclər və İdman Nazirliyi ilə birlikdə bu sahədə prosesləri nəzərdən keçirəcəyik. Yəqin ki, yeni baş məşqçinin təyinatı məsələsində nəticələr əldə edəcəyik. Son Avropa çempionatının ardından reytinqimiz bir az yaxşılaşıb. Gələcəkdə daha da uğurlu olacağıq”. 

Qeyd edək ki, A.Güneygil bu ilin mayından Azərbaycan millisini çalışdırırdı. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO