DTX-nın yeni inzibati binaları istifadəyə verildi - VİDEO

DTX-nın yeni inzibati binaları istifadəyə verildi - VİDEO

Hazırda oxunan: DTX-nın yeni inzibati binaları istifadəyə verildi - VİDEO

16100

Dövlət Təhlükəsizliyi Xidmətinin Xətai və Suraxanı rayon idarələrinin (Rİ) yeni inzibati binalarının  açılışı olub.

Bizim.Media qurumun saytına istinadla xəbər verir ki, müasir standartlara və üsluba uyğun inşa edilmiş yeni tikililərin açılışını bildirən rəmzi qırmızı lentlər kəsildikdən sonra tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin dövlətçilik fəaliyyətini, Azərbaycan təhlükəsizlik orqanlarının tarixini əks etdirən fotostendlərə baxıblar.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 102 illiyi qeyd edildi


Daha sonra tədbir iştirakçıları binaların otaqları və əməliyyatçılar üçün yaradılmış iş şəraiti ilə tanış olub.

General-polkovnik Əli Nağıyev DTX-nin Xətai və Suraxanı rayon idarələrinin yeni inzibati binalarının istifadəyə verilməsinə, ərazi orqanları əməkdaşlarının əməliyyat-xidməti fəaliyyətlərini daha səmərəli və peşəkar təşkil etmələri üçün davamlı olaraq yaradılan yüksək şəraitə, eləcə də müasir maddi-texniki təminata və təchizata görə möhtərəm Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə dərin minnətdarlığını bildirib.

Sonda Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev DTX-nin Xətai və Suraxanı Rİ-nin şəxsi heyətinə tövsiyə və tapşırıqlarını verib, əməkdaşları bir daha təbrik edərək onlara xidməti fəaliyyətlərində uğurlar arzulayıb.

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO