"Formula 1" üzrə Bəhreyn Qran-prisinin qalibi məlum oldu - VİDEO

Hazırda oxunan: "Formula 1" üzrə Bəhreyn Qran-prisinin qalibi məlum oldu - VİDEO

16086

"Mercedes" pilotu Lüis Hemilton "Formula 1" üzrə Bəhreyn Qran-prisinin qalibi olub.

Bizim.Media "RiaNovosti"-ə istinadən xəbər verir ki, almaniyalı sürücü karyerasında 96-cı qələbəsinə imza atıb.
 

MÖVZU İLƏ BAĞLI:

Formula 1 üzrə Azərbaycan Qran Prisi ilə bağlı YENİ QƏRAR


2021 mövsümünün ilk Qran-prisi 56 dövrədən ibarət olub. 7 qat dünya çempionu finişə birinci çataraq, 25 xal toplayıb.

"Red Bull"un niderlandlı pilotu Maks Ferstappen ikinci yerin sahibi kimi 18 xala yiyələnib. Üçüncü yeri tutan "Mercedes"in digər sürücüsü Valtteri Bottas isə 16 xal qazanıb.

Ümumilikdə finişə 20 pilotdan 16-sı çatmağı bacarıb. Nikita Mazepin ("Haas") 1-ci, Fernando Alonso ("Alpine") 35-ci, Nikolas Latifi ("Uilyams") və Pyer Qasli ("Alfa Tauri") 55-ci dövrədə mübarizəni dayandırıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO