Balakəndə məcburi köçkünlərlə görüş keçirilib

Balakəndə məcburi köçkünlərlə görüş keçirilib

Hazırda oxunan: Balakəndə məcburi köçkünlərlə görüş keçirilib

160825

Rayonda məskunlaşan məcburi köçkünlər qanunvericiliklə bağlı eləcə də Dövlət başçısının müvafiq qərarları haqda məlumatlandırılıb.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yeni salınmış yaşayış məntəqələrində məskunlaşan əhaliyə, məcburi köçkünlərə tətbiq edilən sosial müdafiə tədbirlərinin, o cümlədən hazırda dövlət büdcəsinin vəsaitləri hesabına ödənilən vahid aylıq müavinətin qanunvericiliklə nəzərdə tutulmuş başaçatma müddətləri izah olunub.  

Habelə bunun qanuniliyi və zəruriliyi ilə əlaqədar məcburi köçkünlər arasında məlumatlandırma, təbliğat, izahat və maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə Kommunikasiya Planı hazılanıb. Kommunikasiya Planının “Keçmiş məcburi köçkünlərin müvəqqəti qeydiyyatda olduqları yaşayış yerləri üzrə icmalar və ağsaqqallar ilə daimi görüşlərin keçirilməsi, bu və köç prosesinə aid digər məsələlər haqqında mütəmadi məlumatların verilməsi” bəndinin icrası məqsədilə Balakən rayonunda məskunlaşan məcburi köçkünlərin bir qrupu ilə görüş keçirilib. 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin region üzrə nümayəndəsi Vidadi Hacıyevin iştirak etdiyi görüşdə məcburi köçkünlərə işğaldan azad edilmiş ərazilərə köç prosesi barədə məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb.  

Qeyd edək ki, rayonda məskunlaşan məcburi köçkünlərlə təsdiq olunmuş qrafik üzrə mütəmadi olaraq bu səpkidə görüşlərin keçirilməsi nəzərdə tutulur.  

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO