Əfqanıstan millisi baş məşqçisiz DÇ-2026-nın seçmə mərhələsinə vəsiqə qazandı

Əfqanıstan millisi baş məşqçisiz DÇ-2026-nın seçmə mərhələsinə vəsiqə qazandı

Hazırda oxunan: Əfqanıstan millisi baş məşqçisiz DÇ-2026-nın seçmə mərhələsinə vəsiqə qazandı

160342

Əfqanıstan millisi 2026-cı il dünya çempionatına vəsiqə uğrunda görüşdə səfərdə Monqolustanla qarşılaşıb. 

Bizim.Media xəbər verir ki, Əfqanıstan rəqibini məğlub edib - 1:0. Yeganə qolu 71-ci dəqiqədə Fərşad Nor vurub. 

Əfqanıstan yığması matçda baş məşqçisi Anuş Dəstgirsiz çıxıb. Oyundan əvvəl o, millinin futbolçuları ilə mübahisə edib və oyunlar üçün ərizə doldurmaqdan imtina edərək komandasına texniki məğlubiyyət verilməsini təklif edib.
Futbolçular ərizəni özləri dolduraraq matça çıxıblar. 

Artıq Əfqanıstan millisi 2026-cı il dünya çempionatının qrup seçmə turnirində çıxış edəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO