Prezident:

Prezident: "İlin sonunda Köndələnçay su anbarları artıq istifadəyə veriləcək"

Hazırda oxunan: Prezident: "İlin sonunda Köndələnçay su anbarları artıq istifadəyə veriləcək"

160285

"Biz bütün doğma torpaqlarımızı yenidən quracağıq. Buradan o dağlara baxanda belə bir gözəl mənzərə açılır, kənd təsərrüfatı üçün çox yaxşı imkanlar var. Yəqin ki, ilin sonunda Köndələnçay su anbarları artıq istifadəyə veriləcək". 

Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 17-də “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə səsləndirib. 
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Füzuli şəhərinə köçən sakinlərlə görüşdü - FOTO


Dövlət başçısı iki gün əvvəl Sərsəng su anbarının üstündə olduğunu xatırladıb: 

"Onu da atam o vaxt inşa etdirib. İnşa etdirib ki, yüz min hektar sahə, altı rayon - azərbaycanlıların yaşadıqları rayonlar su ilə təmin edilsin. Amma ermənilər nə etdilər, suyumuzu kəsdilər. Qışda açırdı ki, bütün yeri su bassın, yayda kəsirdi. Bax, erməni xisləti budur. Onu görsünlər, bu gün onların yanında yer alanlar, qoy görsünlər onlar nə ediblər.

Biz indi bir kanal çəkmişik, ikinci sağ kanal da çəkiləcək, yəqin ki, maksimum ilyarım ərzində. Biz 100 min hektar torpağa su verəcəyik. İndi suyumuza da sahib olduq.

Bizim su mənbələrimizin 25 faizi Qarabağ və Kəlbəcər-Laçın zonasında formalaşır. İndi Köndələnçay qayıtdı, Sərsəng, Suqovuşan qayıtdı, Xaçınçay qayıtdı, Həkəri suyu, indi Zabuxçay su anbarı inşa edilir, bir ilə hazır olacaq". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO