Keçmiş dünya çempionu karyerasını bərpa edir

Keçmiş dünya çempionu karyerasını bərpa edir

Hazırda oxunan: Keçmiş dünya çempionu karyerasını bərpa edir

16022

Boks üzrə keçmiş dünya çempionu amerikalı Oskar De La Hoya karyerasını bərpa etmək niyyətindədir.

Bizim.Media xəbər verir ki,  bu barədə o mətbuat konfransında deyib.

Keçmiş dünya çempionu bildirib ki, 3 iyulda yenidən rinqə çıxmaq istəyir, lakin o, rəqibinin adını açıqlamayıb.

47 yaşlı De La Hoya 1992-ci ildə Olimpiya çempionu olub. Peşəkar karyerasında keçirdiyi 45 döyüşdə 39 qələbə qazanıb (30-u nokautla nəticələnib), 6 dəfə məğlub olub.

Amerikalı Jeff və Floyd Mayvezerlərə, Bernard Hopkinsə, Menni Pakyaoya, Xulio Sesar Çavesə qarşı ringə çıxıb.

Onun son döyüşü 2008-ci ildə olub. (oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO