Öldürülən müğənninin bacısı:

Öldürülən müğənninin bacısı: "Oğlu soruşur ki, bu gündən anam sən olacaqsan?" - VİDEO 

Hazırda oxunan: Öldürülən müğənninin bacısı: "Oğlu soruşur ki, bu gündən anam sən olacaqsan?" - VİDEO 

160156

"Yaqut qan itirmədən dünyasını dəyişib. Biz əvvəl gündən bacımın xalam oğlu ilə evliliyini istəməmişik. Onlar 10 il evli olublar. Biz onların toylarına da razı olmamışıq. Bizə uyğun olmayan insanlar idi. Mən indi bacım Yaqutun oğlu Bünyaminlə nə edəcəyəm?(ağlayır)".  

Bizim.Media xəbər verir ki, bu sözləri bu gün qısqanclıq zəminində həyat yoldaşı Anar Həşimov tərəfindən qətlə yetirilən müğənni Yaqut Həşimovanın bacısı Şəlalə Nəriman "Bizimləsən" ictimai-sosial verilişinə müsahibəsində deyib.  

Bir müddət əvvəl bacısının Türkiyədə beynindən əməliyyat olunduğunu söyləyən Şəlalə bildirib ki, Yaqut oğlu Bünyamini və mal-mülkünü ona əmanət edib: "Yaqut Türkiyədə Marmara şəhərində əməliyyat olunmuşdu. Beyninə qan sızdığı üçün beyin əməliyyatı keçirmişdi. Mənə dedi ki, birdən mənə nəsə olsa, Bünyamini və evimi sənə əmanət edirəm. Mən hər şeyi qurban verərdim ki, təki Yaqutun gözlərinə baxa bilim.

O indi mələk kimi yatıb. Hadisə vaxtı Bünyamin bizim yanımızda, evimizdə olub. Mən özüm "Dünya" televiziyasında aparıcıyam. Efirə getməyə hazırlaşırdım. Saytlardan oxudum ki, bacım dünyasını dəyişib. Yoldan qayıdıb bacımgilə gəldim, gördüm ki, Yaqut yerdə uzanıb".  

Ş.Nəriman baş verən dəhşətli və qandonduran hadisənin təfərrüatlarını bu şəkildə ifadə edib:

"Anar işləmirdi və narkotikaya qurşanmışdı. Bu, bir bəladır. Bütün hamının da evini narkotik yıxır. Biz təəccüb edirdik ki, necə olub ki, Anar evə gəlib. Çünki o, uzun müddət idi ki, evə gəlmirdi. Evi mənim atam bacıma almışdı. Yaqut çox zaman bizdə qalırdı. Onun ölümündən iki saat əvvəl bacımla danışdım, O, həmin ərəfədə də toya dəvət almışdı və toy yiyələri ilə danışırdı. Dedim ki, efirə çatım sənə zəng edəcəyəm. Bir də sosial şəbəkədə gördüm bacımın ölüm xəbərini (ağlayır).

Ürəyim yanır. İstəmədim ki, bu gün bacımı torpağa tapşıraq. Bu gün onun nəşini aparacağam evimə. Səhərə qədər onun yanında uzanıb, dərdimi deyəcəyəm. Bu, mənim üçün böyük dərddir. Allah heç kimin başına qətirməsin".  

Şəlalə mərhum bacısı Y.Həşimovanın səkkiz yaşlı oğlu Büynaminin anasının öldüyünü bildiyini açıqlayıb:

"Oğlu Bünyamin anasını görüb mənə sual verdi ki, anama nə olub? Bu gündən sonra mənim anam sən olacaqsan? Mən isə ona cavab verə bilmədim. Axı mən nə deyim? İndi aparıram oğlu son dəfə anasını görsün. Bünyamin anasına çox bağlı idi". 

Qeyd edək ki, Yaqut Həşimova müğənnilik fəaliyyəti ilə məşğul olurmuş. O, “Azəristar” yarışmasının iştirakçısı olub və şou-biznesdə Yaqut Nəriman kimi tanınır. Y.Nərimanı qətlə yetirməkdə şübhəli bilinən həyat yoldaşı Anar Həşimov onun xalası oğludur. Onlar 2013-cü ildə ailə həyatı qurublar və bir övladları var.  

Hadisə qısqanclıq zəminində törədilib.    

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO