Aktrisa və rəqqasə Oksana Rəsulova Hindistana yollanıb.
Bizim.Media xəbər verir ki, sənətçi Mumbay şəhərində "Tuk-Tuk" adlanan nəqliyyat vasitəsi ilə gecə gəzintisinə çıxıb.
Bundan başqa Oksana məşhur binaların birindən 30-cu mərtəbədən şəhərə açılan gözəl mənzərəni çəkərək sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Qeyd edək ki, O.Rəsulovanın ailə qurub daha sonra boşandığı həmkarı Şəhriyar Əbilovdan Osman adında bir oğlan övladı var.
Rəşad Əliyev, Bizim.Media