Şəhid Daşdəmir Paşayevin anım mərasimi keçirildi - FOTO/VİDEO

Şəhid Daşdəmir Paşayevin anım mərasimi keçirildi - FOTO/VİDEO

Hazırda oxunan: Şəhid Daşdəmir Paşayevin anım mərasimi keçirildi - FOTO/VİDEO

159919

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Daşdəmir Paşayevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib.

Bizim.Media Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Heydər Əliyev adına Hərbi İnstitutda keçirilən tədbirdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, hərbi institutun zabit, müəllim və kursant heyəti, şəhidin ailə üzvləri, yaxınları, döyüş yoldaşları və məktəblilər iştirak ediblər.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Anım mərasimində çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən, bu zəfərin qazanılmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən söz açıblar.

Tədbir iştirakçılarına D.Paşayevin şərəfli həyat yolu haqqında məlumat verilib.

Şəhidin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
 













Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO