Cəlilabadda bu küçənin yolları keçilməz vəziyyətə düşüb - FOTO

Cəlilabadda bu küçənin yolları keçilməz vəziyyətə düşüb - FOTO

Hazırda oxunan: Cəlilabadda bu küçənin yolları keçilməz vəziyyətə düşüb - FOTO

159876

Cəlilabadın Göytəpə şəhəri, Savalan yaşayış massivində yerləşən Nəriman Nərimanov küçəsinin yolları keçilməz vəziyyətə düşüb. 

Bizim.Media xəbər verir ki, bu barədə report-a bir qrup küçə sakini müraciət edib. 

Onların sözlərinə görə, sözügedən küçənin yolları uzun illərdir bu vəziyyətdədir. Sakinlər deyir ki, bu yollarda qış gələndə palçıq, yayda isə toz-torpaq əlindən hərəkət etmək olmur.

Buna görə də onlar yoldan nə avtomobillərin, nə də piyadaların rahat istifadə edə bilirlər: 

"Bu küçədə 60-a yaxın ailə yaşasa da, yollar minlərlə sakinə xidmət göstərir, amma xidmətdən nə biz, nə də sürücülər rahat istifadə edə bilirik. Övladlarımız isə məktəbə gedib-gələndə əziyyət çəkirlər. Xüsusən, qış aylarında hərəkət çətinləşdiyindən heç məktəbə gedə də bilmirlər. Yağış yağanda isə gərək bu yolda uzunboğaz çəkmə ilə hərəkət edəsən". 
Problemlə bağlı Göytəpə şəhər bələdiyyəsindən bildirildi ki, küçələrin yol problemi mərhələli şəkildə həll olunur. Sözügedən küçəyə asfalt örtüyünün çəkilməsi planlaşdırılır. 




Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO