Zaqataladakı ağır qəzanın TƏFƏRRÜATI - FOTO 

Zaqataladakı ağır qəzanın TƏFƏRRÜATI - FOTO 

Hazırda oxunan: Zaqataladakı ağır qəzanın TƏFƏRRÜATI - FOTO 

159828

Zaqatalada baş verən qəzada sərnişin ölüb, daha dörd nəfər xəstəxanaya yerləşdirilib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Zaqatala-Muğanlı avtomobil yolunun rayonun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində baş verib. 

İki avtomobil toqquşub. Rayonun Muğanlı kənd sakini 64 yaşlı Bayram Bayramovun idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili ilə rayonun Yuxara Tala kənd sakini 57 yaşlı Fikrət Əliyevin idarə etdiyi VAZ 21011 markalı minik avtomobili toqquşub. Qəza zamanı “VAZ 2106” markalı avtomobildə sürücünün yanında oturan sərnişin rayonun Muğanlı kənd sakini 64 yaşlı Yeganə Bilalova aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. 

Avtomobildə sıxılmış vəziyyətdə qalan Yeganə Bilalovanın meyiti əraziyə cəlb edilmiş Fövqaladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə həkim briqadasına təhvil verib. 
Həmçinin “VAZ 2106”-in sürücüsü Bayram Bayramov, onun azyaşlı sərnişini Muğanlı kənd sakini 6 yaşlı Fuad Qurbanov, 31 yaşlı Gülnat Heydərova, eləcə də “VAZ 21011” markalı avtomobilin sürücüsü Fikrət Əliyev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 

Xəstəxanadan verilən məlumata görə, yaralılara ilkin tibbi yardım göstərilib, vəziyyətləri orta-ağır olaraq alır. 

DİN -in Şəki rehional qrupundan verilən məlumata əsasən, faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır. Tural Rasim oğlu,






Bizim.Media, Şimal-Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO