Qonşu ölkə virusun üçüncü dalğasını elan etdi - Azərbaycanda necə?

Qonşu ölkə virusun üçüncü dalğasını elan etdi - Azərbaycanda necə?

Hazırda oxunan: Qonşu ölkə virusun üçüncü dalğasını elan etdi - Azərbaycanda necə?

15980

Gürcüstan koronavirusun üçüncü dalğasının başladığını elan edib. 

Bizim.Media “Novosti-Georgia”-ya istinadən xəbər verir ki, üçüncü dalğa ilə bağlı xəbərdarlığı Gürcüstanın səhiyyə naziri Yekaterina Tikaradze edib.

O, ölkənin koronavirusun üçüncü dalğasının ilk mərhələsində olduğunu bildirib. 

Öz növbəsində immunoloq Bidzina Kulumbegovun proqnozuna görə, Gürcüstanda koronavirusun üçüncü dalğası və yoluxanların sayında artım isti mövsümdə baş verəcək. O, bu dalğanın payıza qədər geniş miqyas alacağını da istisna etməyib.

Nazir koronavirusla effektiv mübarizə aparmaq üçün hərtərəfli tədbirlərin görülməsinin vacib olduğunu və ölkə vətəndaşlarını müvafiq tövsiyələrə əməl etmələri üçün çağırış edib.  

Ötən gün Gürcüstanda 419 yeni infeksiya hadisəsi aşkar edilib. Gündəlik yoluxma 1.43 faiz nisbətindədir. Son iki həftə ərzində yoluxma 1.6%, son həftədə isə 1.89% təşkil edib.

Qeyd edək ki, Azərbaycanda da  son br ayda epidemioloju durum kritik həddə çatıb. Gündəlik yoluxma 1200-1700 civarındadır. Aktiv xəstə sayı 14 mini ötüb. Rəsmi qurumlar ölkədə koronavirusun üçüncü dalğasının başladığını və ya başlayacağı barədə mlumat verməyiblər. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO