Pensiya yaşına çatmadan ölənlərin kapitalı hara gedir? - Nazir açıqladı 

Pensiya yaşına çatmadan ölənlərin kapitalı hara gedir? - Nazir açıqladı 

Hazırda oxunan: Pensiya yaşına çatmadan ölənlərin kapitalı hara gedir? - Nazir açıqladı 

159673

“Pensiya yaşına çatmadan rəhmətə gedən vətəndaşların kapitalı ilə bağlı sual veririldi. Pensiya sistemimizin üçdə bir hissəsi ailə başçısını itirməyə görə pensiyadır. Məhz o da vəfat etmiş şəxslərin kapitalının, onların əmək qabiliyyətsiz ailə üzvlərinə yönəldilməsi ilə bağlıdır”.

Bizim.Media xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisdə keçirilən Əmək və sosial siyasət komitəsinin “Heydər Əliyev - 100: Müasir Azərbaycan – sosial rifah və sosial ədalət dövləti” mövzusunda elmi-praktik konfransında danışıb.  

“Bu gün 200 minə yaxın Azərbaycan vətəndaşı məhz ailə başçısını itirməyə görə pensiya alır. Yəni o kapitalı heç bir yerə itmir. O kapital əmək qabiliyyətli şəxslərin pensiyasının ödənilməsinə gedir”,- deyə nazir bildirib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO