Bakıda iki avtomobilin nasaz olması yolda sıxlıq yaratdı

Bakıda iki avtomobilin nasaz olması yolda sıxlıq yaratdı

Hazırda oxunan: Bakıda iki avtomobilin nasaz olması yolda sıxlıq yaratdı

159512

Bakının Ziya Bünyadov ilə Azadlıq və Atatürk prospektlərinin kəsişməsində iki texniki nasaz avtomobilin yolda qalması digər nəqliyyat vasitələrinin hərəkəti üçün problem yaradıb.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

Qeyd olunub ki, hazırda bu avtomobillərin yolda qalması səbəbindən metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaranıb.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən yol polisinə məlumat verilib. Sıxlığın aradan qaldırılması istiqamətində işlər görülür.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO