Norveçin yarımmüdafiəçisi Matias Normann iki il əvvəl “Rostov” futbol klubuna transfer olunub. İstedadlı idmançı tez bir zamanda Rusiya Federasiyasına adaptasiya olunaraq özünə Violetta Bert (Qraçov) adlı sevgili tapıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “korrespondent.net” saytı yayıb.
Mənbə yazır ki, fitnes modeli olan qız 24 yaşlı Normandan dörd yaş böyükdür.
Violetta aktiv şəkildə “Instagram”da 400 mindən çox insanın abunə olduğu bir səhifə saxlayır.
O, möhtəşəm bədən quruluşuna sahibdir və tez-tez açıq-saçıq fotolarını paylaşır.
Qeyd edək ki, model sosial şəbəkələrdə Kriştiano Ronaldonun sevgilisi Georgina Rodriguez ilə müqayisə olunur.
Bizim.Media