"Ona yemək yeməyə kim mane olur? Niyə ac qalır? Mən hamıya demək istəyirəm ki, məhkum Saakaşviliyə heç vaxt imtiyaz verilməyəcək", - Sputnik Gürcüstan Qaribaşvilidən sitat gətirir.
Gürcüstan hökumətinin başçısı vurğulayıb ki, Gürcüstan həbsxanalarında bir neçə min məhbus var və onların da qayğısına qalmaq lazımdır: "Məhkum Saakaşvili ölkəmizə qarşı qat-qat daha ağır cinayətlər törətməsindən başqa onlardan heç nə ilə fərqlənmir”.
Onun sözlərinə görə, Saakaşvili ən azı altı il həbsdə olacaq.