Qax sakini ayı hücumuna məruz qalıb

Qax sakini ayı hücumuna məruz qalıb

Hazırda oxunan: Qax sakini ayı hücumuna məruz qalıb

159108

Qaxın ən ucqar dağ kəndlərindən olan Sarıbaşda ilk dəfə yerli sakin ayı hücumuna məruz qalıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 57 yaşlı Sarıbaş kənd sakini Fəxri Babayev dağlıq ərazidə mal-qara otararkən qəflətən ayı hücumuna məruz qalıb.  

Belə ki, Fəxri Babayev at belində hərəkətdəykən ayı hücum çəkərək onu atdan salmağa cəhd edib. Kənd sakini isə ona hücum çəkən ayının əlindən xilas olmağa çalışarkən, vəhşi heyvan Fəxrinin ayaqlarına xəsarət yetirib.  
Ayının hücumundan xilas olan Sarıbaş sakini daha sonra Rayon Mərkəzi Xəstəxanasına müraciət edərək lazımi tibbi yardım alıb. İlk növbədə Fəxri Babayevə quduzluq əleyhinə peyvənd vurulub. Onun yarası yüngül olduğundan ambulator müalicə almaq şərtilə evə buraxılıb.  

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO