Aytən Səfərova:

Aytən Səfərova: "Bəzi kişilər həyat yoldaşlarına qul kimi baxır" - VİDEO  

Hazırda oxunan: Aytən Səfərova: "Bəzi kişilər həyat yoldaşlarına qul kimi baxır" - VİDEO  

158678

Aparıcı Aytən Səfərova bəzi kişilərin həyat yoldaşlarına qulluqçu kimi baxmasını pisləyib.

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı televiziya ulduzu aparıcısı olduğu “Xəbər ertəsi” ictimai-sosial verilişdə danışıb.  

Səfərova bildirib ki, bunun başlıca səbəbi əks cinsin nümayəndələrinin analarındadır: "Köhnədən qadın evin qulluqçusudur deyib, analar bütün işləri qızlarına öyrədirdilər. Qadına həmin illər ərzində qul kimi baxılıb ki, indiyə qədər də bir çox oğullar evləndikdən sonra məişət əlilidirlər.

Yedi-içdi, masanın üzərində qoyub getdi. Bir fincanı suyun altına qoymaq nə problemdir? Qadın quldur?

Xeyr! Sizin də evinizdə yəqin qız övladlarınız böyüyür. Onları qul olaraq böyütmürsünüz. Ərlərinə ömür-gün yoldaşlığı etməyi, xeyirdə və şərdə bərabər olmağı öyrətməlisiniz.  

Ailə biz deməkdir. Yazırlar ki, “qadınlar lüks həyat istəyir”. Bəli, qızım var, mən də istəyirəm ki, qızım yaxşı yaşasın. Niyə də yox? Qızların üstünə atmaq lazım deyil. Hər kəs istəyir ki, övladı xoşbəxt olsun. Analar bu gün oğullarına, “ay mənim şirinim, sən əl vurma, anan yığışdırar deyir”. Belə edirsiniz deyə, o uşaqların ailələrində deyirlər ki, həyat yoldaşları tez özündən çıxır. Əlbəttə, çünki yediyini belə yığışdırmağı bacarmır".  

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO