Bir telekanala və bir radioya Qarabağda yayım üçün lisenziya VERİLDİ

Bir telekanala və bir radioya Qarabağda yayım üçün lisenziya VERİLDİ

Hazırda oxunan: Bir telekanala və bir radioya Qarabağda yayım üçün lisenziya VERİLDİ

158189

Audiovizual Şuranın növbədənkənar iclası keçirilib. 

Şuradan Bizim.Media-ya verilən xəbərə görə, iclasda Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun ərazisində keçirdiyi uğurlu və sürətli lokal antiterror tədbirləri, bu tədbirlərdən sonra bölgədə yaranan vəziyyət, həmin bölgədə yaşayan əhalinin informasiya təminatının yaradılması və bölgənin ümumölkə informasiya məkanına reinteqrasiyasının təmin olunması, habelə lisenziyaların alınması üçün "Baku TV" MMC-nin və "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin Azərbaycan Respublikası Audiovizual Şurasına müraciətləri müzakirə olunub. 

Qarabağ iqtisadi rayonunun ərazisində yaşayan əhalinin obyektiv və operativ informasiya ilə təminatının yaradılmasının təxirəsalınmazlığını nəzərə alaraq Azərbaycan Respublikası Audiovizual Şurası "Baku TV" MMC-yə peyk yayımı həyata keçirən platforma yayımçısı (televiziya redaksiyasının adı "Baku TV"), "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-yə ümumölkə yerüstü radio yayımıçısı (radio redaksiyanın adı "Azərbaycan Beynəlxalq Radiosu") lisenziyalarının verilməsi haqqında müvafiq qərarlar qəbul edib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO