ABŞ senatoru təyyarə qəzasına düşdü: Ailəsi ilə birgə öldü

ABŞ senatoru təyyarə qəzasına düşdü: Ailəsi ilə birgə öldü

Hazırda oxunan: ABŞ senatoru təyyarə qəzasına düşdü: Ailəsi ilə birgə öldü

158076

ABŞ-nin Şimali Dakota ştatından senatoru Daq Larsen ailəsi ilə birgə təyyarə qəzasında həlak olub.

Bizim.Media xəbər verir ki, bu barədə “Associated Press” bildirib.

Məlumata görə, siyasətçi ilə birgə onun həyat yoldaşı və iki azyaşlı övladı ölüblər. Onların kiçikhəcmli təyyarəsi Yuta ştatında yerə çırpılıb.

Qrand dairəsinin Şerif Departamentinin Facebook-da dərc etdiyi açıqlamaya görə, təyyarə yerli vaxtla bazar günü axşam Kanyonlends aerodromundan qalxdıqdan qısa müddət sonra Moab qəzaya uğrayıb. Şerif ofisi senatorun pilot olduğunu və hava nəqliyyatı vasitəsində olan dörd nəfərin hamısının həlak olduğunu bildirib.
Qeyd edək ki, Daq Larsen Respublikaçılar Partiyasının üzvü olub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO