Kürdəmirdə evdə partlayış: Ər-arvad yanıq xəsarətləri aldı - FOTO

Kürdəmirdə evdə partlayış: Ər-arvad yanıq xəsarətləri aldı - FOTO

Hazırda oxunan: Kürdəmirdə evdə partlayış: Ər-arvad yanıq xəsarətləri aldı - FOTO

156954

Kürdəmirdə fərdi yaşayış evində partlayış olub.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Çöhranlı kəndində kənd sakini 1986-cı il təvəllüdlü Zərbalıyev Vüsal Hətəmxan oğluna məxsus ümumi sahəsi 140 kv metr 4 otaqlı evdə qeydə alınıb.

İlkin olaraq  partlayışa səbəb telefon adaptorunun partlaması səbəb göstərilir.

Qısa zamanda baş verən yanğın zamanı evdə anidən güclü yanğın başlayıb.

Yanğın zamanı ev sakinləri  ər və arvad - 1986-cl il təvəllüdlü Vüsal Hətəmxan oğlu Zərbalıyev və onun həyat yoldaşı 1988-ci il təvəllüdlü Zərbalıyeva Şəbnəm Xidmət qızı ağır yanıq xəsarətləri alıblar.

Yaralılar dərhal səsə gələn qonşuların  köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlər onların vəziyyətini ağır qiymətləndirirlər. Bu baxımdan üçün  müalicələrinin davam etdirilməsi  üçün Bakı şəhərinə göndəriliblər.

Qeyd edək ki, ailənin iki azyaşlı uşağı hadisə zamanı məktəbdə olduğundan xəsarət almayıblar.
Hazırda faktla Kürdəmir rayon prokurorluğunda araşdırma aparılır. 












Bizim.Media, Aran bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO