Rusiya ilə manatla alqı-satqı etmək MÜMKÜN OLACAQ – Yeni qərar nə VƏD EDİR?

Rusiya ilə manatla alqı-satqı etmək MÜMKÜN OLACAQ – Yeni qərar nə VƏD EDİR?

Hazırda oxunan: Rusiya ilə manatla alqı-satqı etmək MÜMKÜN OLACAQ – Yeni qərar nə VƏD EDİR?

156890

Rusiya hökumətinin sədri Mixail Mişustinin imzaladığı sərəncam əsasən, Azərbaycanın maliyyə və kredit təşkilatları, fikiz və hüquqi şəxləri, o cümlədən brokerləri bundan sonra Rusiyanın valyuta bazarında, eləcə də törəmə alətlər bazarında rahat şəkildə ticarət həyata keçirəcəklər. 

Sərəncama əsasən, hazırlanmış siyahıya Azərbaycanla yanaşı, 30-dan çox dost və neytral ölkə daxil edilib. 

Mövzu ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan bank sektoru üzrə hüquqşünas Əkrəm Həsənov bildirib ki, bu sərəncamın Azərbaycan üçün müsbət tərəfləri çoxdur:
 

MÖVZU İLƏ BAĞLI:

Rublla köçürmələrə QADAĞA – Rusiyadakı soydaşlarımızı NƏ GÖZLƏYİR?


“Əsasən də şirkətlərimiz, fiziki və hüquqi şəxlərimiz üçün çox mühümdür. Ona görə ki, Rusiyadan rublla nəsə aldıqlarında, ödəniş tez və çevik həyata keçiriləcək. Halbuki, hazırda onların bankından alıb Azərbaycana köçürmək, üstəlik banklara komissiya haqqı ödəmək baha başa gəlir. Bir sözlə, bu sərəncam qarşılıqlı şəkildə bütün dövlətlərə sərf edir”.

Müsahibimiz, hələ iyun ayında Rusiya qanunvericiliyində bununla bağlı bəzi dəyişikliklərin edildiyini də diqqətə çatdırıb:

“Dəyişikliyə əsasən bəzi dövlətlərin banklarının və brokerlərinin bu ölkənin valyuta bazarlarına çıxışına icazə verilməsi nəzərdə tutulurdu. Buna qədər yalnız rus rezidentlərinin icazəsi vardı. Sərəncamın verilməsi göstərir ki, onlar artıq bu addımı atmağa məcburdurlar. Ona görə ki, Rusiyanın Avropanın maliyyə bazarlarına, o cümlədən avro və dollar məkanına çıxışı məhdudlaşıb. Buna görə də özünə yaxın bildiyi dövlətlərin valyutaları üzərində də ticarət etmək istəyir”.

Onun sözlərinə görə, Kreml hökuməti adları çəkilən dövlətlərin bankların və brokerlərinə belə imkan tanıyır:

“Onlar artıq rahat şəkildə bu ölkədə həm öz valyutalarının, həm də rublun alqı-satqısını həyata keçirəcəklər. Tutaq ki, hansısa bir rus şirkəti Azərbaycandan nə isə alırsa və aralarında bağlanacaq müqavilədə nəzərdə tutulduğu kimi, ödəniş manatla aparılırsa, bu ticarət rahat şəkildə baş tutsun. Yaxud da bizim şirkətlərə rublla ticarətin aparılması nəzərdə tutulursa, müvafiq şərait yaradılacaq və bunun üçün banklara müraciətə ehtiyac qalmayacaq. Kreml hökuməti bununla da öz valyutasınının dövriyyəsini daha əlverişli etməyə çalışır”. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO