24 saata qazanılan Böyük Qələbədə neçə şəhid verdiyimizi sorğulayanlar üçün TARİX DƏRSİ 

24 saata qazanılan Böyük Qələbədə neçə şəhid verdiyimizi sorğulayanlar üçün TARİX DƏRSİ 

Hazırda oxunan: 24 saata qazanılan Böyük Qələbədə neçə şəhid verdiyimizi sorğulayanlar üçün TARİX DƏRSİ 

156802

24 saat çəkən lokal antiterror tədbirləri nəticəsində Qarabağa hüquqi nəzarət tam Azərbaycana keçdi. Artıq FHN, DİN və digər dövlət qurumları Xankəndi və ətraf ərazilərdə zəruri tədbirlər həyata keçirir.

Bu isə o deməkdir ki, biz çox böyük Zəfərin ayaq səslərini eşidirik. Bu böyük qələbənin dadın çıxartmaq, ordumuzun və dövlətimizin gücünə tərif demək əvəzində bəzi adamlar bulannıq suda balıq axtarır. Zamanla cavablanacaq suallara həmən aydınlıq gətirilməsini istəyirlər.

Nə qədər şəhidimiz var, nə qədər yaralımız var və filan. Bu sualları səsləndirənlər bir məsələni unudurlar ki, Azərbaycan dövləti də, Azərbaycan xalqı da hər zaman öz şəhidinə və qazisinə ən yüksək ehtiramı göstərib. Şəhidlərimz bizim qürur yerimiz, and ünvanımızdır.

Onlar ölümləri ilə yandırdıqları alovun işığı xalqımızın və dövlətimizin bundan sonra qazanacağı hələ nə qədər uğur yoluna işıq salacaq. Biz tarixi yaşayanlar, onlarsa tarixi yazanlardır. Biz getsək də şəhidlər əbədi olaraq qalacaq.

Ona görə də hər şeyin zamana ehtiyacı var.Yəni bu gün bitən bir şey yoxdur. Hər şey yeni başlayır. Başlanan bu prosessə xalqımızı və dövlətimiz daha böyük uğurlara daşıyacaq. Gəlin o günü gözləyək.

Tələsənlərə isə ZƏRURİ XATIRLATMA

3 il əvvəl 44 günlük müharibənin yekunu təkcə ərazi bütövlüyümüzü və suveren hüquqlarımızı özümüzə qaytarmadı. Həm də milli qürurumuzu, şərəfimizi bizlərə qaytardı.

Bu mənada 44 günlük müharibənin millətimizə və dövlətimizə qazandırdığı uğurları saymaqla qurtarmaq olmaz. 2020-ci ilin 10 noyabrından sonra Azərbaycan regionda güc faktoruna çevrildi. O gündən sonra biz tarixdə ilk dəfə müdafiə diplomatiyasından hücum diplomatiyasına keçdik.

Son 150 ildə bir xalq olaraq ilk dəfə öz haqqımız olanı geri qaytara bildik. Birinci pyotrların, yekatirinaların, bədnam farsların, Vatikanla anqlo-saksonların min türlü oyunları qarşısında hər zaman ən yaxşı halda müdafiə olunmuşuq.

Çox zamansa məğlub olmuşuq, itirmişik. Lakin ilk dəfə 10 noyabr 2020-ci ildə millətimiz Böyük Qələbənin dadını çıxardı, həyəcanını yaşadı. Bu qələbə Ermənistan üzərində qazanılmış bir üstünlük deyildi.

Bu Qələbə yüz illər müsəlman aləminin, türk dünyasının üzərində qurulmuş məkrli oyunların durdurulduğu gün idi. Son 100 ildə Xristian dövləti ilə müharibədə qələbə qazanan ilk Müsəlman ölkəsi Azərbaycan oldu. Siyasətdən az-çox başı çıxan hər kəs bilir ki, ermənilərin arxasında hər zaman ABŞ, Rusiya, Fransa kimi böyük dövlətlər dayanıb. Ermənistan adlı bir dövlətin yaradılması Vatikanda hazılanmış və Qərblə Rusiyanın birgə səyi hesabına ortaya ərsəyə gəlib.

Bu ölkəninsə missiyası türk və müsəlman dünyası arasındakı vacib bağı qırmaq olub. O vacib bağsa Azərbaycandır. Ona görə də ermənilər on illiklər boyu rusların və Qərbin göstərişləri və dəstəyi ilə Azərbaycanın təkcə torpaqlarını zəbt etməyib, həm də milli dəyərlərini məhv edib.

10 noyabr təkcə Azərbaycanın zəfəri deyil

10 noyabrdan sonra təkcə Azərbaycana qarşı deyil, türk dünyasına və müsəlman aləminə yüz illik səlib yürüşü ən azı bir cəbhədə dayandırıldı. Yada salaq ki, 10 noyabr Zəfərindən sonra Türkiyə daha ötkəm danışmağa başladı.

Qazaxıstan və Orta Asiyadakı türk dövlətləri daha qətiyyətli addımlar atdı. Çünki, dünya 100 ildən sonra yenidən türkün gücünü gördü. Bu gücsə bütün türk dünyasını hərəkətə gətirdi. Bir zamanlar Aİ Türkiyəni qapı arxasında gözlətdirirdi. İndi isə NATO üzvləri və Avropa dövlətləri Ankaranın küçələrində Türkiyə lideri ilə görüşmək üçün növbə tuturlar.

Son dönəmdə Türkiyə az qala dünyanın supergücünə çevrilir. Bu gücün mayası isə 10 noyabrda yoğruldu. Çünki, 10 noyabr Zəfərində Türkiyənin xüsusi payı var. Məhz 10 noyabrdan sonra Türkiyə Yaxın Şərqdə əsas söz sahibi oldu. Bir sözlə 10 noyabr Zəfəri regionda geosiyasi mənzərəni 180 dərəcə dəyişdi.

Ermənistan gündəmini kim müəyyən edir?

10 noyabrdan sonra regionda gündəmi Azərbaycan müəyyən etməyə başladı. Erməni siyasətçilər dəfələrlə etiraf ediblər ki, Ermənistanın gündəmini İlham Əliyevin bəyanatları müəyyən edir. Bunu başa düşməmək və buna sevinməməksə ən azından nankorluqdur.

Ermənilərin dediyi bu fikrin məğzi, mənası odur ki, Ermənistanı daha əvvəlki kimi qlobal güclər idarə eləmir.

Ermənistanı dolayısı ilə Azərbaycan Prezidentinin bəyanatları idarə edir. Yəni Azərbaycan lideri qlobal güclərin regiona təsir imkanlarını neytrallaşdırıb.

Tarix ən yaxşı müəllimdir

Uzaq keçmişi demirik, son 30 ildə ilk dəfədir ki, biz deyirik, ermənilər ya inkar etməyə çalışır, ya da təsdiqləyir. Halbuki, uzun illər ermənilər ağızlarına gələni deyib, bizsə o deyilənlərin yalan olduğunu sübut etməyə çalışırdıq.

Amma indi ancaq biz deyirik, biz diqtə edirik. Hazırda ermənilərin hər dəfə çalışdıqları şey Azərbaycanın zərbəsindən az itki ilə qurtulmaqdır.

İki gün öncə Paşinyan Ermənistan hökümətinin iclasında deyir ki, Azərbaycan Ermənistanı tərəf kimi sentyabrın 19-da müharibəyə cəlb etmək istəyirdi:

“Amma biz bu müharibədən qurtula bildik. Yoxsa Ermənistanın tarixdən silinmək qorxusu vardı”. Sentyabrın 24-də isə erməni baş nazir deyib ki, Ermənistanın hər bir vətəndaşı özü seçim etməlidir:

“Ya Azərbaycanla sülh sazişi bağlayıb, suverenliyimizi xilas etməliyik, ya da bir dövlət kimi tarixdən yox olub getməliyik. Çünki, müttəfiqlərimiz bizə xəyanət etdilər. Onlar bizim məhvimizi istəyirlər”.

Bəs, Ermənistanın müttəfiqləri kimdir?

Təəssüf ki, bu siyahını tərtib etmək üçün saatlarla vaxt lazımdır. Amma ilk yada düşən dövlətləri yada salsaq kifayətdir: ABŞ, Rusiya, Fransa, Almaniya, İran, Hindistan və sairə. Tək bir faktı deyək ki, dünyanın iqtisadi və hərbi gücünün 70-80 faizi bu dövlətlərin əlindədir.

Deməli, təkcə 44 günlük müharibədə yox, elə Qarabağdakı bir günlük lokal antiterror tədbirlərində Azərbaycan təkcə Ermənistanla deyil, yuxarıda adını çəkdiyimiz və çəkmədiyimiz güclərlə mübarizədən qalib çıxıb. Bu gün bütün ermənilər etiraf edirlər ki, Xankəndi və ətraf ərazilərə nəzarət artıq Azərbaycanın əlinə keçir.

24 saat ərzində belə bir möhtəşəm uğura imza atmaq hər dövlətə, hər xalqa nəsib olmur. Gəlin bu titanik zəfərin dadını çıxaraq. Allahdan şəhidlərimizə rəhmət, müzəffər ordumuza daha böyük uğurlar arzulayaq.

Birinci Qarabağ müharibəsində 25 min insan itirdik

Nəticə nə oldu?Amma indi hər şəhid bir kəndin geri alınması, bir şəhid bir qəsəbədə Azərbaycan bayrağının ucalması deməkdir. Gəlin, şəhidlərimizin sayına bu gözlə baxaq. Daşaltı əməliyyatında yüzlərlə hərbiçimiz həlak oldu.

Bu faktı xatırlamaq belə qorxuncdur. Amma bu gün hər şəhidin qanının töküldüyü torpaq yenidən Vətən olur. Dədə-babalarımızın narahat ruhuna rahatlıq gətirir. Axı, torpaq ölən varsa Vətəndir. Bu gün az sayda itkilərlə tarixi arzumuzu reallaşdırırıq. Gücümüzə güc qatırıq. Dünyanın gözü bizdəykən xırda hisləri, zamanla cavablandırılacaq sualları bir kənara qoyaq bir olaq, birlik olaq.

Çünki, bizim qarşımızdakı düşmən qandan qorxan erməni yox, Xristian dünyasıdır. Bu həqiqəti nə qədər tez dərk etsək onda daha tez Qüdrətli Azərbaycan, nəhəng Türk dünyasını görəcəyik.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO