Prezident:

Prezident: "Antiterror tədbirləri nəticəsində düşmənin texnikalarının böyük hissəsi sıradan çıxarılıb"

Hazırda oxunan: Prezident: "Antiterror tədbirləri nəticəsində düşmənin texnikalarının böyük hissəsi sıradan çıxarılıb"

156203

“Azərbaycan əsgəri, zabiti həm yüksək peşəkarlıq, həm də yüksək mənəvi keyfiyyətlər göstərmişdir. Aparılmış qısamüddətli lokal xarakterli antiterror tədbirləri nəticəsində düşmənin silah və texnikalarının böyük hissəsi sıradan çıxarılmışdır”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev xalqa müraciətində söyləyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Prezident İlham Əliyev xalqa müraciət edir - CANLI 


“Azərbaycan ərazisində Ermənistan ordusuna məxsus qanunsuz olaraq yüzdən çox tank və zirehli nəqliyyat vasitələri, zirehli texnika yerləşdirilmişdir.

Radioelektron mübarizə vasitələri yerləşdirilmişdir. İki yüzündən çox top artilleriya qurğuları, hava hücumuna qarşı ən müasir qurğular yerləşdirilmişdir. 10 noyabr 2020-ci il Üçtərəfli Bəyanata zidd olaraq Ermənistan üç il ərzində öz silahlı qüvvələrini canlı qüvvəsini və texnikanı bizim ərazimizdən çıxartmamışdır”, - deyə ölkə başçısı vurğulayıb. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO