Bakıda itkin düşmüş şəxslərin taleyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib - FOTO

Bakıda itkin düşmüş şəxslərin taleyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib - FOTO

Hazırda oxunan: Bakıda itkin düşmüş şəxslərin taleyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib - FOTO

155843

Sentyabrın 18-də Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı, xarici ölkələrin sabiq dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların, o cümlədən humanitar sahə üzrə fəaliyyət göstərən qurumların nümayəndələrinin, beynəlxalq siyasi ekspertlərin iştirakı ilə “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfrans keçirilib. 

Bizim.Media xəbər verir ki, tədbirdə əvvəlcə mövzu ilə bağlı videoçarx nümayiş etdirilib. 

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciəti oxunub. 

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev beynəlxalq tədbirin əhəmiyyətinə toxunub, mövzunun Azərbaycan üçün vacibliyinə diqqət çəkib. 

Sonra itkin düşmüş şəxslərin probleminə dair pantomima səhnəcik təqdim olunub. 


 
 Daha sonra konfrans işini sessiyalarla davam etdirib. 

“İtkin düşmüş şəxslərlə bağlı mövcud beynəlxalq çərçivə və silahlı münaqişə tərəfləri olan dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi vasitələri” mövzusunda birinci sessiyada Meksikadan olan müstəqil ekspert Kristofer Ballinas Valdes moderatorluq edib. 

Konfransın bağlanış mərasimində əvvəlcə yekun Bəyannamə qəbul edilib. 












Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO