"Ermənistanda 2026-cı ilə qədər seçiciləri cəlb edə biləcək yeni siyasi qüvvə və ya fiqurun meydana çıxması təhlükəsi getdikcə reallaşır".
Bizim.Media xəbər verir ki, bunu britaniyalı jurnalist, milliyyətcə erməni olan Onnik Krikoryan X sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi yaxın gələcəkdə imzalanmalıdır.
Bu aktual məsələ Paşinyanın namizədi olan Tiqran Avinyanın İrəvanın meri seçiləcəyi təqdirdə də öz aktuallığını qoruyacaq. Ruben Vardanyan tərəfindən dəstəklənən və “Aprel Yerkir” partiyasını təmsil edən Mane Tandilyan seçkilərdə uğur qazana bilmədi. Yeri gəlmişkən, həmin partiyanın loqotipində Ermənistan, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) və Azərbaycanın əvvəllər işğal olunmuş 7 rayonu yer alıb", - deyə o, qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Region
15:32 / 18.09.2023
“Bakı ilə İrəvan arasında tezliklə sülh imzalanmalıdır” - Erməni jurnalist
Hazırda oxunan: “Bakı ilə İrəvan arasında tezliklə sülh imzalanmalıdır” - Erməni jurnalist
Hazırda oxunan: “Bakı ilə İrəvan arasında tezliklə sülh imzalanmalıdır” - Erməni jurnalist
155772
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.