Əhalinin neçə faizi Ermənistanla sülh sazişinin yaxın vaxtda imzalanacağına inanır? – SORĞU 

Əhalinin neçə faizi Ermənistanla sülh sazişinin yaxın vaxtda imzalanacağına inanır? – SORĞU 

Hazırda oxunan: Əhalinin neçə faizi Ermənistanla sülh sazişinin yaxın vaxtda imzalanacağına inanır? – SORĞU 

155767

Əhalinin 53 faizi yaxın zamanlarda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına və diplomatik əlaqələrin qurulacağına inanır.

Bizim.Media xəbər verir ki, bu Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi rəy sorğusu əsasında məlum olub.
 

MÖVZU İLƏ BAĞLI:

“Ermənilər ya vətəndaşlığımızı qəbul edəcəklər, ya da köçüb gedəcəklər” – Tofiq Zülfüqarov  


Mərkəzin yaydığı məlumatda deyilir ki, yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına və diplomatik əlaqələrin qurulacağına ictimai inam səviyyəsini öyrənmək məqsədilə vətəndaşlar arasında rəy sorğusu keçirib.

“Yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına və diplomatik əlaqələrin qurulacağına inanırsınızmı?” sualına münasibətdə sorğu iştirakçılarının yarıdan çoxu, yəni 53,1%-i (tam inanıram 22.1%, əsasən inanıram 31.0%) bu və ya digər dərəcədə inandığını bildirib.

Sülh müqaviləsinin imzalanacağına və diplomatik əlaqələrin qurulacağına əsasən inanmayanlar 11.0%, heç inanmadığını bildirənlər 33.1% olub. Respondentlərin 2.8%-i bu suala rəyini ifadə etməkdə çətinlik çəkib.

Sorğu nəticələrinin 2022-ci ilin müxtəlif dövrləri ilə müqayisəli təhlili vətəndaşların sülh müqaviləsinə inam səviyyəsində əhəmiyyətli fərqin olmadığını göstərib.

Xatırladaq ki, ötən ilin sentyabr ayında rəy keçirilən sorğusunda respondentlərin 53,5%-i (tam inanıram  28.3 %, əsasən inanıram 25.2 %) yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına və diplomatik əlaqələrin qurulacağına bu və ya digər dərəcədə inamını ifadə etmişdi. 6.2%-i əsasən inanmadığını, 36.9%-i heç inanmadığını bildirmişdi.

2022-ci ilin dekabrında ayında keçirilən sorğu nəticələrində də analoji tendensiya davam edib.

Respondentlərin 55.7%-i yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına və diplomatik əlaqələrin qurulacağına bu və ya digər dərəcədə inandığını qeyd edib. Sorğu iştirakçılarının 11.0%-i sülh müqaviləsinin imzalanacağına əsasən inanmadığını, 29.5%-i heç inanmadığını bildirib.


Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO