Aktrisa Zarinadan iddialı PAYLAŞIM: “Özümlə fəxr edirəm” – VİDEO 

Aktrisa Zarinadan iddialı PAYLAŞIM: “Özümlə fəxr edirəm” – VİDEO 

Hazırda oxunan: Aktrisa Zarinadan iddialı PAYLAŞIM: “Özümlə fəxr edirəm” – VİDEO 

155298

Aktrisa Zarina Qurbanova 15 sentyabr “Bilik günü” ilə bağlı diqqətçəkən paylaşım edib. 

Bizim.Media xəbər verir ki, 32 yaşlı kinoulduz aktrisa kimi böyük səhnəyə gəlməsi ilə bağlı çəkdirdiyi “Uğur hekayəsi” videosunu sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. 

Qurbanova 15 il əvvəl qəbul olunduğu və təhsilini başa vurduğu Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti dövrünə səyahət edib. Gənc aktrisa paylaşımına bu sözləri yazıb:  

“2008-2023... Yolumun başlanğıcı və uğurla davam edən hekayəm. 15.09.2008 ci il... “Nə? Necə? görəsən alınacaqmı? Hədəfimə çata biləcəmmi?” suallarımla Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetin qarşısında dayanıb uzun-uzadı düşünmüşdüm. Və bugün özümlə fəxr edirəm. Nə istədim, nəyə inandımsa oldu. Bu gün dərs ilinin ilk günüdür.

Bütün tələbə adını qazanmışlara uğurlar arzu edirəm. Sadəcə həyatdan nə istədiyinizi dəqiq təyin edib inamla addım atın. Alınacaq... Yolunuz açıq olsun”. 
Qeyd edək ki, bir çox serial və filmlərdə rol alan Zarina Qurbanova ölkədə “Komedixana” yumoristik verilişi ilə daha da məşhurlaşıb. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO