Sentyabr döyüşlərində şəhid olan Saleh Qurbanovun anım mərasimi KEÇİRİLDİ – FOTO  

Sentyabr döyüşlərində şəhid olan Saleh Qurbanovun anım mərasimi KEÇİRİLDİ – FOTO  

Hazırda oxunan: Sentyabr döyüşlərində şəhid olan Saleh Qurbanovun anım mərasimi KEÇİRİLDİ – FOTO  

155119

Xızının Güləzi qəsəbəsində 2022-ci ilin sentyabr hadisələrində düşmən təxribatının qarşısını alarkən şəhid olan kapitan Saleh Qurbanovun anım mərasimi keçirilib. Rayon rəsmiləri, sakinlər, ailə üzvləri, ictimaiyyət nümayəndələri "Qartal" ləqəbli Saleh Qurbanovun məzarını ziyarət edib, ruhunu hörmətlə anıblar.

Daha sonra məclis Saleh Qurbanovun özünün görə bilmədiyi, vəfatından sonra inşa edilən evində davam edib. 

Bu barədə ailəsindən Bizim.Media-ya məlumat verilib. 

Qeyd edək ki, şəhid Saleh Qurbanov evli idi, bir oğul övladı var. Hazırda o, adını daşıdığı ata babası Möhübbət Qurbanovun himayəsində yaşayır.

Şəhidin xanımı Ləman Qurbanova isə bu il may ayının 13-də qaynı Taleh Qurbanov tərəfindən boğularaq qətlə yetirilib. 












Aytəkin Alxaslı, Bizim.Media, şimal bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO