“Qarabağ” və “Sabah” dünya reytinqində İRƏLİLƏDİ 

“Qarabağ” və “Sabah” dünya reytinqində İRƏLİLƏDİ 

Hazırda oxunan: “Qarabağ” və “Sabah” dünya reytinqində İRƏLİLƏDİ 

154821

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların yeni dünya reytinqini açıqlayıb. 

Bizim.Media xəbər verir ki, 405 komandanın yer aldığı siyahıya Azərbaycanın 3 təmsilçisi düşüb.  

Ötən ay 79-cu pillədə qərarlaşan “Qarabağ” ciddi irəliləyişə nail olub. Ağdam təmsilçisi hesabındakı 144,5 xalla 64-cü yerə yüksəlib. Azərbaycan çempionunun qabaqladığı nəhənglər sırasında “River Pleyt” (Argentina) “Çelsi”, “Tottenhem” (hər ikisi İngiltərə), “Atletiko” (İspaniya) və “Marsel” (Fransa) kimi klublar da var.  

“Sabah” daha böyük sıçrayışla diqqət çəkib. Murad Musayevin yetirmələri 51 pillə irəliləyərək, 286-cı yerdə qərarlaşıblar. Bakılılar 64,5 xala malikdirlər. Əvəzində “Neftçi”də geriləmə müşahidə edilib. Hesabında 62,75 xal olan “ağ-qaralar” 298-ci yeri 311-ci pilləyə dəyişiblər.
Qeyd edək ki, dünya reytinqinə İngiltərə Premyer Liqasının və UEFA Çempionlar Liqasının son qalibi “Mançester Siti” (312 xal) başçılıq edir. İspaniya klubu “Real” 301 xalla ikinci, Braziliya təmsilçisi “Flamenqo” isə 268 xalla üçüncü sıradadır. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO