Pandemiya yenidən QAYIDIR? – AÇIQLAMA

Pandemiya yenidən QAYIDIR? – AÇIQLAMA

Hazırda oxunan: Pandemiya yenidən QAYIDIR? – AÇIQLAMA

154658

Koronavirusun mutasiyaya uğramış daha iki ştammının - “Eris” (EG.5) və BA.2.86-nın yayılması bir çox ölkələrdə təşviş yaradıb. Pandemiya çoxları üçün keçmişdə qalsa da, mutasiyaya uğramış son ştammların dünyanın bir çox ölkəsində tüğyan etməsi, üstəlik Ümumdünya Səhiyyə Təşkilatının da bu viruslarla bağlı hesabat dərc etməsi narahatlığı bir qədər də artırıb. 

Azərbaycanda bu məsələdə narahatlıq hiss olunmasa da, klinika və xəstəxanalar daxilində gedən söz-söhbətlər məsələni ciddiləşdirib.
 

MÖVZU İLƏ BAĞLI:

COVID-in beyində yaratdığı fəsadlar ÜZƏ ÇIXDI – “Yaddaş itkisi, depressiya...”


Söyləntilərə görə, yenidən pandemiya dövrü təkrarlanacaq. Bunun üçün artıq tibb personallarına ciddi şəkildə tapşırıqların verildiyi bildirilir. 

Tələblərdən ən başlıcası odur ki, ünvana müayinəyə gedən həkim və ya tibb bacılarının maskadan istifadəsi mütləqdir. Eyni zamanda xəstəxanalarda müalicə alan xəstələrə yaxınlarının baş çəkməsinə icazə verilməyəcək. Bir sözlə bu səbəbdən yaxın vaxtlarda ölkədə yenidən qapanmaların olduğu ehtimal edilir. 

Məsələ ilə bağlı Bizim.Media-ya danışan tanınmış həkim-radioloq Aydın Əliyev söyləntilərin şaiyə olduğunu bildirib.

O, bu barədə heç nə eşitmədiyini və Covid- 19-un bitdiyini qeyd edib:

“Azərbaycanda pandemiya bitib, əhalini qorxutmağa əsas yoxdur. Heç bir panikaya, karantin qaydalarının tətbiqinə, sərtləşdirilməsinə, yeni karantin qaydaları tətbiq edərək insanları cərimələməyə və qorxutmağa əsas yoxdur. Xüsusən də insanları yenidən maska geyinməyə məcbur etmək yolverilməzdir”.

Həkim onu da əlavə edib ki, ən əsası elmə, məntiqə və həqiqətə istinad etməliyik. 

Alçina Amilqızı, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO