Avropa çempionatı: Cüdoçularımız komanda yarışlarında iştirak edəcək

Avropa çempionatı: Cüdoçularımız komanda yarışlarında iştirak edəcək

Hazırda oxunan: Avropa çempionatı: Cüdoçularımız komanda yarışlarında iştirak edəcək

154494

Azərbaycan cüdoçuları Avropa çempionatının komanda yarışlarında iştirak edəcək.

Azərbaycan Cüdo Federasiyasından Bizim.Media-ya verilən məlumata görə, 10 sentyabrda Niderlandın Haaqa şəhərində keçirilən gənclər arasında Avropa çempionatının komanda yarışları start götürür.

Komanda yarışlarında 16 ölkə medallar uğrunda mübarizə aparır. Azərbaycan yarışlarda 10 idmançı ilə təmsil olunur.
Azərbaycan cüdoçularının ilk rəqibləri Rumıniya yığması olacaq.

-60 kq. çəkidə -73 kq. çəkidə Süleyman Əliyev və Vüsal Qələndərzadə, -90 kq. çəkidə Vüqar Talıbov və İsmayıl Zamanov, +90 kq. çəkidə Kənan Nəsibov, qızlarda isə -57 kq. çəkidə Aydan Vəliyeva, -70 kq. çəkidə Fidan Əlizadə, +70 kq. çəkidə Nigar Süleymanova və Nərmin Əmirli güclərini sınayacaq.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO