AQTA-nın əməkdaşları ağır qəza keçirdi - Ölən və yaralananlar var - FOTO

AQTA-nın əməkdaşları ağır qəza keçirdi - Ölən və yaralananlar var - FOTO

Hazırda oxunan: AQTA-nın əməkdaşları ağır qəza keçirdi - Ölən və yaralananlar var - FOTO

154103

Tərtərdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Sarıcalı kəndi ərazisində qeydə alınıb.

Bizim.Media xəbər verir ki, qəza zamanı “VAZ-2106” markalı avtomobillə “Opel” markalı minik maşını toqquşub. Nəticədə “VAZ-2106”da olan sərnişin, Ağdam rayon sakini 24 yaşlı Kənan Novruzov hadisə yerində həyatını itirib.

Qəza zamanı Bərdə rayon sakinləri – 26 yaşlı Nurlan Şirinov və 59 yaşlı Qabil Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Manset.az-ın əldə etdiyi məlumata görə, hadisə zamanı həyatını itirən və xəsarət alan şəxslər Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ Regional Bölməsinin əməkdaşlarıdır. Onların Tərtərdən monitorinqdən qayıdarkən qəzaya düşdüyü bildirilir. 

Faktla bağlı araşdırma aparılır.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO