Aysunun keçmiş əri qızının FOTOSUNU yaydı

Aysunun keçmiş əri qızının FOTOSUNU yaydı

Hazırda oxunan: Aysunun keçmiş əri qızının FOTOSUNU yaydı

153992

Bu ilin aprelin birində müğənni Rəqsanə İsmayılovanın qızı Aysundan rəsmi şəkildə boşanan Eşqin Cəlilov son paylaşımı ilə gündəmə səs salıb.  

Bizim.Media xəbər verir ki, Eşqin qızı ilə birlikdə çəkilmiş fotosunu sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.  

İlk nikahından dünyaya gələn qızının görüntüsünü yayımlayan Eşqin onun üzünü gizlədib.

Qeyd edək ki, A. İsmayılova E.Cəlilovla qonaq olduğu "YouTube"da yayımlanan "Tarix Əliyev ilə Səmimi" verilişində Eşqinin ondan əvvəl ailəli olduğunu açıqlamışdı. Aysun bildirmişdi ki, Eşqin rus qadınla evli olub.  

Xatırladaq ki, ötən il ailə quran Aysun və Eşqin bu il qalmaqallı şəkildə boşanıb. Mayın 26-da A.İsmayılovanın keçmiş əri E.Cəlilov ona fiziki şiddət göstərdiyi üçün barəsində şikayət olunaraq, 30 sutkalıq həbs olunmuşdu. Aysun İsmayılovanın şikayəti geri çəkməsindən sonra Eşqin azadlığa çıxmışdı.  


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO