PKK istintaqında şübhəli bilinənlər arasında İnsan Haqları Dərnəyinin (İHD) başkanı və HDP-nin Eskişehir, Mamak və digər bölgələr üzrə rəhbərləri var.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Anadolu agentliyi Ankara Baş Prokurorluğuna istinadən yayıb.
Həbs olunmasına qərar verilən 12 şübhəlidən 10-u səhər saatlarında Ankara Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən nəzarətə alınıb.
Şübhəlilərin Azərbaycan ərazilərinin erməni işğalından azad edilməsinə qarşı hazırlanan və quruma yaxın saytlarda yayımlanan bəyannaməni imzaladıqları da müəyyən edilib.
Ünvanlarda aparılan axtarışlar zamanı ələ keçirilən çox sayda təşkilati sənəd və rəqəmsal materiallar təhlil üçün götürülüb.
Əməliyyatlar hazırda davam edir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:57 / 20.03.2021
Türkiyədə 10 PKK-çı həbs olundu - Qarabağın işğaldan azad olunmasına qarşı çıxıblar
Hazırda oxunan: Türkiyədə 10 PKK-çı həbs olundu - Qarabağın işğaldan azad olunmasına qarşı çıxıblar
Hazırda oxunan: Türkiyədə 10 PKK-çı həbs olundu - Qarabağın işğaldan azad olunmasına qarşı çıxıblar
15390
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.