Qubada qəzada ölən 23 yaşlı qız tibb bacısı işləyirmiş - TƏFƏRRÜAT 

Qubada qəzada ölən 23 yaşlı qız tibb bacısı işləyirmiş - TƏFƏRRÜAT 

Hazırda oxunan: Qubada qəzada ölən 23 yaşlı qız tibb bacısı işləyirmiş - TƏFƏRRÜAT 

153772

Qubada qəzada 23 yaşlı İnci Səfərli Bakıda Topçubaşov adına xəstəxanada tibb bacısı işləyirmiş. 

Bizim.Media-nın şimal bürosu xəbər verir ki, əslən Göyçay rayonundan olan İnci Səfərli Qubanın Təngəaltı kəndinə nənəsinin bacısıgilə qonaq gəlibmiş. Nənəsinin Xaçmaz rayonundan olduğu deyilir. 
 

MÖVZU İLƏ BAĞLI:

Qubada ağır qəza: 1 ölü, 2 yaralı var – FOTO/VİDEO  


Məlumata görə, sevdiyi oğlan -"Hyundai" markalı avtomobilin sürücüsü, Qəbələ rayon sakini Nihat Nəsibov onu qonaq gəldiyi evdən qaçırıb. Faktla bağlı Quba Rayon Polis Şöbəsinin istintaq bölməsində cinayət işi açılıb. 

Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralılar Nihat Nəsibovun və Abşeron rayon sakini İlham Salayevin vəziyyətlərinin stabil olduğu bildirilir. 

Nihat Nəsibovun idarə etdiyi "Hyundai" markalı avtomobilin həqiqətən qızın qohumları tərəfindən təqib olunarkən qəza etməsi, bu və səslənən digər ehtimallar istintaqın gedişində tam məlum olacaq. 

Aytəkin Alxaslı, Bizim.Media, şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO