Cahit Bağçı: “Türkiyə və Azərbaycan hər zaman sülhün tərəfdarıdır

Cahit Bağçı: “Türkiyə və Azərbaycan hər zaman sülhün tərəfdarıdır"

Hazırda oxunan: Cahit Bağçı: “Türkiyə və Azərbaycan hər zaman sülhün tərəfdarıdır"

152987

"İşğaldan azad edilən torpaqlara Böyük Qayıdışın baş verdiyi bir zamanda Zəfərimizin 101-ci ildönümünü qeyd etmək qürur verir. Türkiyə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, sülh sazişinin imzalanmasını dəstəkləyir”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı avqustun 30-da Türkiyənin Zəfər bayramı münasibətilə keçirilən rəsmi qəbul zamanı deyib. 

Kahramanmaraşda baş verən zəlzələnin aradan qaldırılmasında Azərbaycan başda olmaqla, dəstəyini əsirgəməyən ölkələrə təşəkkürünü bildirən diplomat Türkiyənin yeni əsrə uğurla qədəm qoyduğunu diqqətə çatdırıb.

Cahit Bağçı Türkiyənin getdikcə gücləndiyini, müdafiə sənayesi sahəsində inkişafının 80 faizə çatdığını və dünyada böyük söz sahibinə çevrildiyini vurğulayıb. 

“Türkiyə və Azərbaycan hər zaman sülhün tərəfdarıdır", - deyə türkiyəli diplomat qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO